"Rusiya Avropa Şurasından çıxmağı planlaşdırmır".
ONA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının Nazirlər Komitəsinin Helsinkidə keçirilən iclasında deyib.
“Biz Avropa Şurasını tərk etməyi düşünmürük və maliyyə öhdəlikləri də daxil olmaqla heç bir öhdəlikdən yayınmırıq”, - deyə Lavrov bildirib.