Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Sergey Lavrov proses uzandıqca Ukrayna ilə sülh barədə razılaşmanın daha çətin olacağını söyləyib: "Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir, lakin nə qədər ki, proses uzanacaq, bir o qədər razılığa gəlmək çətin olacaq".