Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Lavrov və Pompeo Finlandiyanın Rovaniemi şəhərində görüşürlər.
Görüşün əsas müzakirə mövzusunun Venesueladakı vəziyyət olacağı bildirilir.
Tərəflər, həmçinin, Ukrayna məsələsini, Suriya münaqişəsini və strateji sabitliyi müzakirə edəcəklər.
Zümrüd Paşkin
Teqlər: Lavrov Pompeo Finlandiya görüş bütün xəbərlər