Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcək.
ONA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ribakov deyib.
Rusiyalı diplomat görüşün mayın 6-7-də Finlandiyada keçiriləcək Arktik Şurasının nazirlər iclası çərçivəsində baş tutacağını bildirib.