Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo mayın 14-də Soçidə görüşəcəklər.
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dəki mənbə bildirib.
"Lavrov və Pompeo arasında danışıqlar mayın 14-də Soçidə keçiriləcək. Tərəflər bu görüşlə bağlı razılaşmanı Finlandiya görüşü zamanı əldə ediblər",- deyə mənbə bildirib.