• DÜNYA

    07:48 3 mart 2019

Lavrov və Pompeo Venesuela böhranını müzakirə edib

Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

ONA-nın Rusiya XİN-nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, telefon bağlantısı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

İki dövlətin diplomatik xidmətlərinin başçıları Venesueladakı vəziyyəti, həmçinin Venesuela mövzusu ilə bağlı ikitərəfli məsləhətləşmələrin aparılmasının mümkünlüyünü müzakirə ediblər.

Lavrov və Pompeo, həmçinin, Suriya, Əfqanıstan və Koreya üzrə danışıqların davam etdirilməsi haqda da razılığa gəliblər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR