• DÜNYA

    06:26 13 avqust 2019

"Lekima" qasırğası Çində 48 nəfərin ölümünə səbəb olub

Çinin şərqində tüğyan edən “Lekima” qasırğası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb, daha 21 nəfər itkin düşmüş hesab olunur.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Anhoy əyalətinin fövqəladə hallar idarəsinin məlumatına əsasən, bu bölgədə dörd nəfər ölüb, daha beş nəfər isə itkin düşüb.

Bundan əvvəl yalnız şərqi Çjeszyan və Şandun əyalətlərində ölüm halının qeydə alındığı barədə məlumat yayılmışdı. “Lekima” qasırğası Çjeszyan əyalətinin Venlin şəhər sahillərinə ötən cümə günü çatıb. Burada küləyin sürəti 50 metr/san. olub.

Cərəyanlar avqustun 11-də Şandun əyalətinin sahillərinə çatıb. Qasırğa burada Jiçjao və Tsindao şəhərləri arasındakı bölgəni əhatə edib.

Qasırğa nəticəsində Çinin 9 əyaləti ziyan görüb, 8,9 mln. əhalinin normal yaşayış şəraiti pozulub. Ölkə rəsmiləri 1,7 milyondan çox sakini təcili köçürmək məcburiyyətində qalıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR