• DÜNYA

    06:38 1 dekabr 2019

Leonardo DiKaprio Amazon meşələrinin yandırılmasını maliyyələşdirməkdə günahlandırılır

Braziliya prezidenti Jair Bolsonaru məşhur Hollivud aktyoru Leonardo DiKaprionu Amazon meşələrində yanğınlar törətməkdə şübhəli bilinən qeyri-hökumət təşkilatlarını (QHT) maliyyələşdirməkdə günahlandırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən həftə müxtəlif QHT-dən olan 4 nəfər saxlanılıb.

Onlar subsidiya almaq məqsədi ilə yanğın törətməkdə ittiham olunur. Ehtimal olunur ki, onlar törətdikləri yanğınların şəkillərini çəkərək Ümumdünya Vəhşi Təbiət Fonduna (WWF) satmağa çalışıblar.

Cümə günü isə prezident J.Bolsonaru açıqlama verərək bildirib ki, DiKaprio “Amazoniyanın yandırılmasında iştirak edir” və yanğınların şəkillərini yaymaqla milyonlarla dollar qazanır. Prezident dediklərinə heç bir sübut gətirməyib. Polisin məlumatına görə, azı üç QHT müxtəlif təşkilatlardan vəsait əldə etmək üçün yanğınlar törətməklə məşğul olub.

Səsləndirilən ittihama cavab verən aktyor isə buna etirazını bildirib və sözügedən QHT-lərə maliyyə dəstəyi göstərməsini təkzib edib.

“Amazon meşələrinin böhranı dövründə Braziliyada milli və mədəni irsi qorumağa çalışan insanlara dəstəyimi bildirirəm... Bu əvəzolunmaz ekosistemlərin gələcəyi təhlükə altındadır və qürurla onları qoruyan qrupları dəstəkləyirəm. Onlar da dəstəyə layiq olsalar da, biz məqsəd güdən təşkilatları maliyyələşdirmədik”, - deyə DiKaprio özünün “Instagram” səhifəsində bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR