Cənubi Koreyanın LG şirkəti smartfon istehsalını dayandıracağını bəyan edib.
APA TASS-a istinadən xəbər verir ki, strateji qərarın verilməsində məqsəd elektrikli nəqliyyat vasitələrin istehsalına diqqəti artırmaqdır.
Qeyd edilib ki, şirkət eyni zamanda əsas fəaliyyəti “ağıllı” ev əşyaları - robot texnikası, süni intellekt və s. komponentlərə yönəltməyi düşünür.