• DÜNYA

    17:24 4 aprel 2019

Litva Sovet dönəmində törədilmiş cinayətlərin soyqırımı kimi tanınmasını istəyir

Litvanın “Atayurdu İttifaqı-Litvanın Xristian Demokratları” Partiyasının nümayəndələri Laurinas Kasçyunas və Audronyus Ajubalis Sovet dönəmində Litvaya qarşı törədilmiş cinayətlərin Avropa İttifaqı səviyyəsində soyqırımı kimi tanınmasına dair məsələ qaldırıblar.

ONA xəbər verir ki, bu barədə “Sputnik Litva” parlament dəftərxanasına istinadən məlumat yayıb.

Bildirilir ki, bu ilin martın 12-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 1956-cı ildə partizan “meşə qardaşları"nın komandiri Adolfas Ramanauskas-Vanaqasın saxlanılması əməliyyatında iştirakına görə mühakimə olunan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sabiq əməkdaşı Stanislav Drelinqasın şikayətini təmin etməyib. 2015-ci ildə Litva Stanislav Drelinqasın əməllərini “soyqırımı” kimi tanıyıb. Məhkəmənin hökmünə əsasən partizanlar Litva xalqını təmsil edib və baş tutan əməliyyatın məqsədi milli qrupun məhv edilməsi olub.

Audronyus Ajubalisin fikrincə, Strasburq Məhkəməsinin qərarı SSRİ cinayətlərinə hüquqi və siyası qiymətin verilməsində əhəmiyyətli rol oynayır. Partiya üzvləri həmçinin bu məsələyə Aİ səviyyəsində qiymət verilməsi üçün prezident Dalya Qribauskayte və baş nazir Saulyus Skvernyalisə müraciət ünvanlayıblar.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR