Mayın 12-də Litvada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
ONA-nın “TASS” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Mərkəzi Seçki Komitəsi artıq 212 məntəqədə səslərin sayıldığını təsdiqləyib.
İqtisadçı və bank mütəxəssisi olan Qitanas Nauseda 15,62 faiz səslə hələ ki irəlidədir. Onu 14,44 faizlə Litvanın hazırki Baş naziri Saulyus Skvernyalis izləyir. Üçüncü yerdə isə 11,51 faiz səslə keçirilmiş əvvəlki sorğulara əsasən favorit göstərilən sabiq maliyyə naziri İnqrida Şimonite qərarlaşıb.
Səslərin sayılması prosesi davam edir.
Bu gün Litvada, həmçinin ikili vətəndaşlıq və parlamentdəki mandat sayının azaldılması ilə bağlı referendum da keçirilib.