Litvada keçirilən prezident seçkilərinin ikinci turu ötən gün başa çatıb.
ONA-nın verdiyi xəbərə görə, Seçki Komissiyası artıq səsvermənin dayandırıldığını elan edib.
Bildirilir ki, müstəqil namizəd, iqtisadçı Gitanas Nauseda, sayılan bülletenlərin 29 faizinə əsasən, 75 faiz səs qazanıb. Digər namizəd, keçmiş maliyyə naziri İnqrida Simoniteyə isə cəmi 24 faiz seçici səs verib.
Ancaq qutuların hamısı hələ açılmayıb, buna görə də səs fərqinin dəyişə biləcəyi istisna edilmir. Son nəticələr isə bu gün açıqlanacaq.