Bu gün Litvada prezident seçkilərinin ikinci turu keçirilir.
ONA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, prezident postu uğrunda sabiq maliyyə naziri İnqrida Şimonite ilə litvalı siyasətçi və iqtisadçı Qitanas Nauseda mübarizə aparır.
Seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılacaq və səsvermə saat 20.00-a qədər davam edəcək.
Qeyd edək ki, mayın 12-də keçirilən prezident seçkilərinin birinci turunda bu iki namizəd arasında səs fərqi az olub. Vətən İttifaqı - Litva Xristian Demokratları Partiyasının namizədi İ. Şimonite seçicilərin 31,1 faizinin, Litvanın SEB Bankının prezidentinin sabiq məsləhətçisi Q. Nauseda isə 30,94 faiz səs toplayıb. Mayın 24-də Kəndlilər İttifaqı və Yaşıllar Partiyası Q. Nausedanı dəstəklədiyini bəyan edib.