• DÜNYA

    16:23 16 iyun 2019

Liviya böhranının həlli ilə bağlı yeni təşəbbüs irəli sürülüb

Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac ölkənin böhrandan çıxması ilə bağlı təşəbbüslə çıxış edib.

ONA-nın "RİA Novosti' agentliyinə istinadən verdiyi məlumata görə, təşəbbüs əsasən 2019-cu ilin sonlarında keçiriləcək prezident və parlament seçkilərlə bağlı "yol xəritəsi"nin hazırlanmasıyla əlaqədardır.

F. Sərrəc təşəbbüsünü BMT missiyasının koordinatorluğu ilə keçirilən konfransda açıqlayıb. Bununla bərabər, Liviya Milli Razılıq Hökumətinin rəhbəri beynəlxalq ictimaiyyəti paytaxt Tripoli və digər şəhərlərə hücum zamanı yol verilən hərbi cinayətləri araşdırmağa çağırıb.

Qeyd edək ki, Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar aprelin 4-də Tripolinin "terrorçulardan azad edilməsi" üçün şəhərə hücum əmri verib. Hazırda şəhərdə mövqe döyüşləri davam edir.

Xatırladaq ki, 2011-ci ildə Liviyada Müəmmər Qəddafinin devrilməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqində Aqil Salehin rəhbərlik etdiyi parlament, paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəklədiyi Milli Razılıq Hökuməti fəaliyyət göstərir. Ölkənin şərqində formalaşmış hakimiyyət Tripolidən müstəqil hərəkət edir və Liviya Milli Ordusu ilə əməkdaşlıq edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR