• DÜNYA

    13:44 6 aprel 2019

Liviya ordusu Xəftarın birləşmələrinə aviazərbələr endirib

Liviyada Milli Razılıq Hökumətinə məxsus ordu birləşmələri paytaxt Tripolidən 80 km uzaqlıqda yerləşən Liviya Milli ordusuna aviazərbələr endirib.

ONA-nın xəbərinə görə, bu barədə “Al Jazeera” məlumat yayıb. Bildirilir ki, Tripoli istiqamətində irəliləyən Xəlifə Xəftarın ordu birləşməsi ötən gün tutduqları Qaryan şəhəri ərazisində aviazərbəyə məruz qalıb.

Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sarac ordu birləşmələrinə tam döyüş hazırlığı vəziyyətinə gəlmək barədə əmr verib.

Qeyd edək ki, ötən gün Xəlifə Xəftarın rəhbərliyi ilə Liviya Milli Ordusunun bölmələri Tripolinin cənub qərbində bir sıra rayonları tutub.

Xəftar 2014-cü ildə Müəmmar Qəddafinin keçmiş əsgərlərini bir araya toplayaraq 2017-ci ildə Benqazi şəhərini zəbt edib. Tərəfdarları onu “yeni Müəmmar” adlandırır.

Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Şərqdə Tobruk şəhərinə parlament, qərbdə Tripoli şəhərinə isə milli razılıq hökuməti rəhbərlik edir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR