Liviya Milli Ordusu Milli Müqavimət Hökumətini Tripoli Hava Limanına hücum etməkdə ittiham edib.
ONA-nın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, hucum nəticəsində 15 döyüşçü öldürülüb. Onların 6-nın Çaddan gələn muzdlular olduğu bildirilib.
Qeyd edək ki, 2011-ci ildə Liviya lideri Qəddafi devrildikdən sonra ölkədə ikili hakimiyyət hökm sürür. Tripolida hakim qüvvə Milli Müqavimət Hökumətidir. Ölkənin şərqi isə Liviya Milli Ordusunun dəstəklədiyi parlament tərəfindən idarə edilir.