• DÜNYA

    11:45 5 yanvar 2020

Liviyada hərbi məktəb bombalanıb, 30 nəfər ölüb

Liviyada general Xəlifə Haftara məxsus hərbi aviasiya hərbi məktəbə zərbə endirib.

ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Tripolidən cənubda yerləşən Xadba rayonunda hərbi məktəbin bombalanması nəticəsində 30 nəfər ölüb, 33 nəfər yaralanıb.

Liviya Səhiyyə Nazirliyi ölənlərin əksəriyyətinin 18-25 yaşlı hərbi kursantlar olduğunu açıqlayıb. Xəlifə Haftarın nümayəndəsi Xalid əl-Mahcup isə hərbi məktəbdə Tripolinin müdafiəsinə gələn tayfaların nümayəndələrinin hərbi hazırlıq keçdiyini bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR