• DÜNYA

    11:49 15 dekabr 2019

Liviyanın Misirdəki səfirliyi fəaliyyətini dayandırıb

Liviyanın Misirdəki səfirliyi təhlükəsizlik məsələləri ilə əlaqədar bu gün axşamdan fəaliyyətini dayandırdığını bəyan edib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dünən Misir parlamentinin spikeri Əli Abdel Əl Qahirənin Liviyanın şərqində fəaliyyət göstərən parlamenti Liviya xalqının yeganə legitim təmsilçisi kimi tanıdığını bildirib.

Tripolidə fəaliyyət göstərən Liviya Ali Dövlət Şurası Qahirənin bu bəyanatını tənqid edib.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin şərqində seçilmiş parlament, qərbdə, paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Fayez Sərracın rəhbərlik etdiyi Milli Razılıq Hökuməti fəaliyyət göstərir. Ölkənin şərqindəki parlament marşal Xəlifə Haftarın rəhbəri olduğu Liviya Milli Ordusu ilə əməkdaşlıq edir. Liviya Milli Ordusu bu ilin aprelində Tripoliyə hücuma başlayıb.

Türkiyənin Tripolidəki Milli Razılıq Hökumətini, Rusiyanın marşal Xəlifə Haftarı dəstəklədiyi də bəllidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR