• DÜNYA

    19:43 12 yanvar 2020

Liviyanın şərqindəki parlament hərbi yardım üçün Misirə müraciət edə bilər

Liviyanın şərqində yerləşən və Xəlifə Haftarın rəhbəri olduğu Liviya Milli Ordusu ilə əməkdaşlıq edən parlament hərbi yardım üçün Misirə müraciət edə bilər.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün parlamentin spikeri Akilya Saleh Misir parlamentində çıxışı zamanı bildirib.

A. Saleh xarici müdaxilə olacağı halda belə bir müraciət edə biləcəklərini vurğulayıb: “Hamını cəsarətli mövqe tutmağa çağırıram”.

Eyni zamanda bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracı qəbul edib. Görüş 2 saat 30 dəqiqə davam edib. Görüş Liviyada bu gündən elan edilən atəşkəs fonunda keçirilib.

Qeyd edək ki, Türkiyə Fayez Sərracın rəhbərlik etdiyi Milli Razılıq Hökuməti ilə hərbi yardım haqqında müqavilə imzalayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 12 yanvar gecə saat 00.00 radələrindən isə Liviyada tərəflər atəşkəs elan edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR