• DÜNYA

    20:41 9 iyun 2019

Londonda 7 mərtəbəli yaşayış binası yanır

Londonun şərqindəki Barkinq rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə yüzdən çox yanğınsöndürən cəlb olunub.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin yanğın-xilasetmə xidmətinin internet səhifəsində məlumat yer alıb.

“15 yanğınsöndürən maşın və 100-dən çox yanğındanmühafizə xidmətinin əməkdaşı Barkinqdə, De Pass Qardens küçəsindəki yanğının söndürülməsinə göndərilib”, - məlumatda belə deyilir.

Bildirilir ki, hazırda yanğın binanın bütün 7 mərtəbəsini bürüyüb. Yanğının səbəbləri hələ ki məlum deyil.

ONA

Teqlər:

SON XƏBƏRLƏR