• DÜNYA

    16:36 16 iyul 2019

Londonda başları bitişik əkizlər üzərində nadir əməliyyat aparılıb - FOTO

Böyük Britaniyada başları bitişik olan əkiz bacılar üzərində çox nadir sayılan cərrahiyyə əməliyyatı aparılıb.

ONA e-tibb.az-a istinadən xəbər verir ki, Londondakı klinikalardan birində icra edilən əməliyyat zamanı pakistanlı əkizlərin- Səfa və Mərvənin bitişik olan başları bir-birindən ayrılıb. Əməliyyat təxminən iki gün davam edib. Uşaqların hərəsinin öz beyni olub, amma iki beyin bir kəllə sümüyündə yerləşib. Əməliyyat zamanı kəllə sümüyü, bitişik damarlar bir-birindən ayrılıb.

Səfa, Mərvə bacılarının ilk əməliyyat ötən ilin oktyabrında, onların 19 aylığında Pakistanda olub. Lakin o zaman başları bir-birindən ayıra bilməyiblər.

Londonda keçirilən ikinci, çox ağır əməliyyat zamanı riskli məqamlar olub, hər an uşaqları itirmək qorxusu yaşanıb. Bütün bunlara baxmayaraq, 20 nəfərlik tibb personalı bu riskli işin öhdəsindən gəlib, əkizlər xilas edilib, əməliyyat uğurla başa çatıb.

Uşaqların anasının 34 yaşı var, əkizlərdən əvvəl onun 7 uşağı olub.

Qeyd olunur ki, belə hal 2,5 milyon doğuşdan bir baş verir, bu cür doğulan körpələr isə çox qısa zamanda həyatlarını itirirlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR