• DÜNYA

    20:00 28 aprel 2019

Londonda Xitrou aeroportu yaxınlığında güclü yanğın başlayıb

Londonda Xitrou aeroportu yaxınlığında anbarda güclü yanğın baş verib.

ONA-nın "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, Vest-Dreyton qəsəbəsindəki anbarda başlayan yanğını söndürmək üçün 6 yanğınsöndürmə briqadası göndərilib.

Aeroport üzərində qatı tüstü müşahidə olunur. Yanğınsöndürənlər ətrafda yaşayan sakinlərə evlərinin pəncərə və qapılarını açmamağı məsləhət görür.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Şahidlər "Daily Mail" qəzetinə yanğının partlayışlar müşahidə olunduğunu bildiriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR