• DÜNYA

    21:37 5 mart 2019

Londonun iki aeroportunda və dəmiryolu vağzalında partlayıcı aşkarlanıb

Britaniya polisi Londonun Hitrou və London-Siti aeroportlarında, həmçinin paytaxtın London-Vaterloo dəmiryolu vağzalında o qədər də böyük ölçüdə olmayan partlayıcı qurğu aşkarlandığı barədə məlumat yayıb.

ONA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, mütəxəssislər partlayıcı qurğuların anidən alışma qabiliyyətli olduğunu bildiriblər.

Britaniyanın terrorla mübarizə polisi faktla bağlı araşdırmalara başlayıb.

Partlayıcılar aşkarlanmazdan bir qədər əvvəl Gatvik aeroportunun işini pozmağa çalışan şübhəli şəxsin polis tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR