London şəhərinin İlford rayonu ərazisində yerləşən bir məsciddə silahlı atışma baş verib.
ONA tass.ru-ya istinadla xəbə verir ki, bu barədə yerli polis Tvitter səhifəsində məlumat yayıb.
Hadisə müsəlmanların ibadət üçün topladığı “Yeddi Kral Məscidi”ndə qeydə alındığı vurğulanıb.
Hadisə yerinə gələn polis bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
“Daily Mirror" nəşrinin məlumatına görə isə, baş vermiş hadisənin terrorla əlaqəsi yoxdur. Atəşin boş güllələrdən açılması bu versiyanın doğruluğunu göstərir.
Qeyd edək ki, hadisədən sonra sözügedən məscid müvəqqəti olaraq bağlanıb.