“ABŞ-ın Avropada yaxın və orta mənzilli raket qurğularını yerləşdirəcəyi təqdirdə Rusiya və Belarus cavab tədbirləri görməli olacaq”.
ONA “Russia Today” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
A. Lukaşenkonun sözlərinə görə, raketlər Ukrayna ərazisində yerləşdirilsə, vəziyyət daha da gərginləşəcək.