Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putini böyük qardaşı adlandırıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu fikri o, ukraynalı jurnalist Dmitri Qordonun proqramında səsləndirib.
“Mən Vladimir Vladimiroviçi böyük qardaşım sayıram, səmimi olaraq qardaşım hesab edirəm. Ancaq o mənada yox ki, sən böyüksən, amma biz burada uşaq deyilik. Xeyr. Yaş və siyasi cəhətdən həqiqətən də böyük qardaşsınız. Böyük qardaş kömək etməlidir, dəstək verməlidir, təklif etməlidir. Ayağına dolaşmaq deyil, dəstəkləməlidir”, - Lukaşenko belə deyib.
Belarus prezidenti rusiyalı həmkarı ilə münasibətlərində müəyyən gərginliyin olduğunu da etiraf edib: “Bəli, müəyyən gərginliyimiz var, çünki hər ikimiz güclü şəxsiyyətik, qeyri-ciddiliyimə görə üzr istəyirəm”.