• DÜNYA

    04:15 11 noyabr 2019

Lukaşenko son 3 ildə ilk dəfə Avropa ölkəsinə gedəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkəsinə səfərə hazırlaşır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu, Lukaşenkonun 2016-cı ildən bəri Aİ ölkəsinə etdiyi ilk səfəri olacaq.

Lukashenko 11 noyabrda Avstriyaya gedəcək. Noyabrın 12-nə qədər isə bu ölkədə qalacaq.

Bundan əvvəl Belarus rəhbəri 1996-cı ildə Avstriyaya səfər etmiş, burada Çernobıl problemlərinə dair beynəlxalq konfransda iştirak etmişdi. 2002-ci ildə Avstriya Olimpiya Komitəsi prezidentinin dəvəti ilə bu ölkədə olub.

Qeyd etmək lazımdır ki, Lukaşenko uzun müddət Belarusu tərk etməyib və ona qarşı tətbiq olunan sanksiyalar səbəbindən AB-yə işgüzar səfərlərə getməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR