Fransanın Lyon şəhərində törədilən partlayışla bağlı şübhəli şəxslər saxlanılıb.
ONA-nın Fransanın yerli mətbuatına istinadən verdiyi xəbərə görə, Paris Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, hadisənin 24 yaşıı Əlcəzair əsilli bir şəxs tərəfindən törədildiyi ehtimal edilir.
Fransa prezidenti Emmanuel Macron bu hadisəni "hücum" kimi xarakterizə edib.
Hadisə ilə bağlı terrorçuluq maddəsilə istintaq işinə başlanılıb.
Yerli mətbuatın yazdığına görə, partlayışdan dərhal sonra velosipedlə hadisə yerindən uzaqlaşaraq gözdən itən şəxs axtarışa verilib.