• DÜNYA

    01:58 18 aprel 2019

Madeyrada turist avtobusu çevrilib, 28 nəfər ölüb

Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 28 nəfər ölüb.

ONA RİA Novosti-yə istinadən xəbər verir ki, ölənlərin hamısı Almaniya vətəndaşıdır.

Avtobus sürücüsü dağ yolunda idarəetməni itirib və aşağıda olan evin üstünə düşüb.

Avtobusda 51-55 nəfər adam olub.

Portuqaliya baş naziri Antoniu Koşta ölənlərin ailələrinə və Almaniya kansleri Anqela Merkelə başsağlığı verib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR