• DÜNYA

    18:51 5 aprel 2019

Madriddə 13 mərtəbəli binada partlayış olub, 16 nəfər xəsarət alıb

İspaniyanın paytaxtı Madriddə 13 mərtəbəli binada partlayış qeydə alınıb.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə məişət qazının partlaması nəticəsində baş verib.

Bildirilir ki, yanğın nəticəsində binanın yuxarı mərtəbəsi tamamilə dağılıb, 16 nəfər isə yüngül xəsarətlər alıb.

Məlumata görə, iki nəfər xəstəxanaya yerləşdirilib. Binanın və ona yaxın tikililərin sakinləri evakuasiya edilib.

Hadisə yerində tibb işçiləri və yanğınsöndürənlər çalışır.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR