• DÜNYA

    06:58 21 mart 2019

Maduro Rusiyaya təşəkkür edib, ABŞ-ı günahlandırıb

Rusiya Venesuelaya həftədə bir neçə ton dərman göndərəcək.

ONA-nın "RİA Novosti"-yə istinadən yaydığı xəbərinə görə, bunu Venesuela prezidenti Nikolas Maduro əczaçılıq sisteminin yenidən qurulmasına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Venesuela öz dərman tələbatını 70% ödəyir, qalanı isə Rusiya İran, Belarus, Çin və Türkiyədən gəlir.

Bundan öncə, Maduro dərmanlara ayrılmış 5 milliard dolların ABŞ tərəfindən mənimsənildiyini bildirib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR