• DÜNYA

    04:29 16 mart 2019

Maduro: "Kiberhücum ABŞ tərəfindən törədilmiş terror aktı idi"

Venesuela prezidenti Nikolas Maduro ölkənin energetika sahəsində baş vermiş böhranı “ABŞ tərəfindən törədilmiş terror aktı” adlandırıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Periscope vasitəsilə yayımladığı çıxışında deyib.

“Venesuelanın elektrik sisteminə edilmiş kiberhücum ABŞ hökuməti tərəfindən xalqımıza qarşı törədilmiş terror aktı idi. Venesuela xalqı isə Donald Tramp hakimiyyətinin terror hücumunu dəf etdi. Artıq irəliyə doğru addımlaya bilərik”, - Madura öz çıxışında belə deyib.

Onun sözlərinə görə, hücumun arxasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton dayanıb. Kiberhücum özü isə Hyuston və Çikaqo şəhərlərindən edilib.

“Bu, planetdə indiyəcən törədilmiş ən böyük kiberhücum idi”, - deyə Venesuela prezidenti əlavə edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR