Venesuela Prezidenti Nikolas Maduro ölkədəki mühüm postlardan birində dəyişiklik edib.
ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, prezident Milli Bolivar Polis Təşkilatının rəisi Karlos Peres Ampuedanı vəzifəsindən uzaqlaşdırıb.
Polisə rəhbərlik edəcək yeni vəzifəyə general Elio Estrada təyin edilib.
Bu barədə ölkənin daxili işlər naziri Nestor Reverol şəxsi Tvitter səhifəsində yazıb ki, prezident Nikolas Maduro respublikanın Konstitusiyası və qanunlarına uyğun olaraq Elio Estradanı Milli Bolivar Polis Təşkilatının rəhbəri təyin edib.