Venesuela Prezidenti Nikolas Maduro parlament seçkilərində iştirak etməkdən boyun qaçıran müxalifətlə siyasi dialoq aparmağa razılığa verib.
APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Mən İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriqes Sapateronun Venesueladakı seçkilərdə iştirak edən və etməyən bütün siyasi partiyaların iştirakı ilə ümummilli dialoqun təşkili barədə fikri ilə razıyam”, - Maduro belə deyib.
Qeyd edək ki, buna qədər N.Maduro parlament seçkilərində səs verib.