Venesuelanın hüquq-mühafizə orqanları müxalifət lideri Xuan Quaydo tərəfindən prezident Nikolas Maduroya qarşı hazırlanmış sui-qəsd planını ifşa edib.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə ölkə rəhbəri Nikolas Maduro çıxış edib.
“Şimali Amerika imperializmi məni öldürmək istəyir. Biz şeytanın əlaltısının (Xuan Quaydo nəzərdə tutulur-red.) hazırlamış olduğu planı məhv etdik”, - deyə Maduro bildirib.
O əlavə edib ki, tezliklə “ yeni terrorçuların növbəti həbsləri” başlayacaq.