Venesuela prezidenti Nikolas Maduro Meksika, Uruqvay, Boliviya və Karib hövzəsinin ölkələrinin rəhbərlərindən ümummilli dialoqun qurulmasında kömək istəyib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə bir çağırışı o, Karakasdakı mitinqdə səsləndirib.
“Venesuela venesuelalılar arasında sülh və anlaşmanın qorunması üçün böyük dialoqun yaradılmasına və ona dəstəyin göstərilməsinə görə kömək istəyir. Təsdiq edirəm ki, Venesuelanın xeyiri və gələcəyi üçün dialoq, danışıqlar və razılıqlar axtarışına dəstək olacam. Meksika, Boliviya, Uruqvay və Karib hövzəsinin ölkələrinin iştirakı ilə biz bütün siyasi, mədəni, iqtisadi və sosial sektorlarla ümummilli dailoq qura bilərik”, - deyə Maduro bildirib.