Malayziyada sosial şəbəkədə Məhəmməd peyğəmbəri təhqir edən şəxs 10 il müddətində azadlıqdan məhrum edilib.
ONA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Məhəmməd peyğəmbəri sosial şəbəkələrdə təhqir edən 4 nəfər məhkəmə qarşısına çıxarılıb.
Təqsirləndirilən şəxslərdən biri öz günahını qəbul edib və 10 il müddətində azadlıqdan məhrum edilib. Digərləri isə ittihamları rədd edərək təkrar araşdırma aparılmasını tələb ediblər.
Malayziya Polis İdarəsinin məlumatına görə, son zamanlar İslam və Məhəmməd peyğəmbər haqqında dərc edilən mənfı yazıların sayı artıb.
Qeyd edək ki, bu ilin fevral ayında paytaxt Kuala-Lumpurda sosial şəbəkədə Məhəmməd peyğəmbəri təhqir edən yazı paylaşan Çin vətəndaşının həbsinə qarşı etiraz aksiyası keçirilmişdi.