• DÜNYA

    11:33 28 mart 2019

Malidə iki kəndə hücum nəticəsində 157 nəfər ölüb

Malidə silahlı qruplaşmanın Oqassaqu və Velinqara kəndlərinə hücumu nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb.

ONA xarici mediaya istinadən xəbər verir ki, Mali hökumətinin mətbuat katibi Amadou Kotia bildirib ki, şənbə günü baş verən qırğınlarda 134 nəfərin öldürüldüyü bildirilsə də, faciə qurbanlarının rəsmi sayı 157-yə yüksəlib.

Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqi Fatou Bensouda bəyan edib ki, bu cinayətlərlə bağlı Maliyə xüsusi nümayəndələr göndəriləcək. Artıq BMT Təhlükəsizlik Şurasının missiyası Fransanın bu keçmiş müstəmləkəsində olub və geniş təhqiqat aparıb.

Qeyd edək ki, qoca, uşaq və hamilə qadınların da evlərində diri-diri yandırıldığı bu dəhşətli faciə “Doqon ovçuları” və “Fulani çobanları” adlı silahlı qruplaşmaların münaqişəsi nəticəsində törədilən sonuncu cinayətdir. Afrikanın səhra bölgəsi ilə cənubdakı savanna arasında olan ərazidə davam edən silahlı basqınlar zamanı ötən il də yüzlərlə dinc sakin həlak olub.

“Doqon ovçuları” öz düşməni “Fulani çobanları”nı İslam ekstremizmini yaymaqda ittiham edir. Qarşı tərəf isə bu iddiaları rədd edir. Ötən həftə “əl-Qaidə” terror təşkilatının da Malinin mərkəzi bölgəsində hərbi hissəyə silahlı hücumu nəticəsində 23 əsgər həlak olmuşdu.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR