• DÜNYA

    07:45 11 may 2019

Marin Le Pen prezident Makrona ultimatum verib

Fransanın “Milli birlik” partiyasının sədri Marin Le Pen qarşıdan gələn Avropa Parlamenti seçkiləri ərəfəsində prezident Emmanuel Makrona qarşı ultimatumla çıxış edib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Le Parisien” nəşri yazıb.

Marin Le Pen bildirib ki, hazırkı prezident seçki kampaniyasının sədri və “İrəli, Respublika” partiyasının rəhbəri kimi Avropa Parlamenti seçkiləri qarşısında da etimadını qorumalıdır: “Əgər Makron referendumda məğlub olarsa, general Şarl De Qollu özünə nümunə götürərək vəzifəsini tərk etməlidir”.

Xanım diplomat, həmçinin prezidenti ölkənin milyonlarla vətəndaşına qarşı laqeyd münasibətdə və onlarla mübarizə aparmaqda günahlandırıb.

Qeyd edək ki, buna qədər bəzi KİV E.Makronun Avropa Parlamenti seçkilərində Marin Le Penin partiyasının qələbəsinə bütün gücü ilə əngəl olmaq istəyi ilə bağlı açıqlamasını yaymışdı.

ONA

Teqlər:

SON XƏBƏRLƏR