• DÜNYA

    18:16 2 aprel 2019

Marneulidə məcburi köçkün ailələri üçün qəsəbə salınacaq

Almaniya höküməti məcburi köçkünlərə yardım məqsədilə Gürcüstana 10 milyon avro məbləğində qrant verəcək.

ONA "Apsny.ge"yə istinadən xəbər verir ki, layihə məcburi köçkünlərin iqtisadi, sosial və təhsil inteqrasiyasını əhatə edir.

Bildirilir ki, layihə çərçivəsində Marneulidə uzun illər yaşayan və kənd təsərrüfatı ilə məşğul olan 32 məcburi köçkün ailəsi üçün kənd tipli qəsəbə inşa ediləcək. Yaşayış binalarının tikintisi üçün nəzərdə tutulan ilkin büdcə 25000 avrodur.

Məlumata görə, məsələ ilə əlaqədar Kvemo Kartli üzrə dövlət səlahiyyətlisi Şota Rexviaşvili, işğal olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin və qaçqınların məsələləri üzrə nazir müavini Mamuka Tsotniaşvili və Danimarkanın Qaçqınların İşi üzrə Şurasının Gürcüstan nümayəndəliyinin direktoru Vinsent Donton arasında görüş baş tutub. Tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR