• DÜNYA

    17:05 18 may 2019

Marneulidə növbədənkənar mer seçkilərində iştirak edən 15 namizəddən 4-ü azərbaycanlıdır

Marneulidə növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edəcək. Bunlardan 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan Partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət Partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Pariyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən, ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur.

Rayon üzrə seçicilərin ümumi sayının 99 717 nəfər olduğu bildirilir.

Namizədlərin seçki platformaları demək olar ki, üst-üstə düşür. Verilən vədlər əsasən kəndlərdə infrastrukturun yaxşılaşdırılması, su təchizatında yaranan problemlərin aradan qaldırılması istiqamətindədir..

Qeyd edək ki, Marneulidə mer vəzifəsi ötən ilin iyununda Teymur Abazovun məhkəmə qərarı ilə həbs edilməsindən sonra boş qalıb. O, ötən il dekabrın 13-də azadlığa buraxılıb.

Səid

Teqlər:

SON XƏBƏRLƏR