Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazan Marneulinin Qızılhacılı kəndinə səfər edib.
ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, dİplomat Bakının azad edilməsi zamanı yaralanan və yolda vəfat edən türk əsgərlərinin Qızılhacılı qəbiristanlığının girişindəki məzarlarını ziyarət edib.
Yerli sakinlər ONA-ya bildiriblər ki, səfir türk əsgərlərinin xatirəsinə Qızılhacılı kəndində abidə ucaldılacağını qeyd edib.