• DÜNYA

    13:21 4 may 2019

İtaliya baş nazirinin müavini: "Öz köklərimizə nəzarəti geri almasaq, Avropa İslam xilafəti olacaq"

İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini Macarıstanın milli televiziyasına müsahibəsi zamanı ziddiyətli fikirlər səsləndirib.

ONA-nın "Euronews"a istinadən verdiyi xəbərə görə, Salvini bəzi Avropa paytaxtları İslam azlıqlarının nəzarətində olduğunu bildirib.

"Əgər biz öz köklərimizə nəzarəti geri almasaq, Avropa İslam xilafəti olacaq", - deyə M. Salvini qeyd edib.

Salvini həmçinin solyönümlü hökumətləri "Aralıq dənizini açıq hava qəbiristanlığına çevirmək"də günahlandırıb.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR