Mayın 29-da Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası çərçivəsində Rusiya və Ermənistan liderləri arasında görüş keçiriləcək.
ONA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşdə bildirib.
Onun sözlərinə görə, görüşdə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra məsələləri müzakirə edəcəklər.
V.Matviyenko həmçinin qeyd edib ki, aprelin 30-da Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana işgüzar səfər edəcək.