• DÜNYA

    23:40 21 mart 2020

Mayk Pens və xanımı koronavirus testindən keçəcək

ABŞ-ın vitse-prezidenti Mayk Pens və xanımı koronavirus yoxlamasından keçəcək.

APA-nın "NBC News"a istinadən verdiyi xəbərə görə, Mayk Pens bildirib ki, Ağ Evin əməkdaşında yoluxma halı aşkarlandığı üçün onlar da müayinə olunacaq.

Pens qeyd edib ki, koronavirusa yoluxan Ağ Evin əməkdaşının vəziyyəti normaldır: "Onun vəziyyəti yaxşıdır. Onun qripə bənzər yüngül simptomları vardı. Həmin əməkdaş bu həftənin bazar ertəsindən bəri Ağ Evdə olmayıb. Nə Prezidentin, nə də mənim həmin əməkdaşla birbaşa əlaqəmiz olub".

M.Pens bildirib ki, o və xanımı Karen Pens özlərini yaxşı hiss edirlər və hələ ki yoluxmanın heç bir simptomu özünü göstərmir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR