“Ümid edirik ki, tək Venesuela deyil, həmçinin Nikaraqua və Kuba da öz ölkələrində siyasi dəyişikliklər zərurətini anlayacaqlar”.
ONA xəbər verir ki, bunu "Telemundo" nəşrinə açıqlamasında ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
Onun sözlərinə görə, bu ölkələrin xalqları istəyəcəyi təqdirdə, ABŞ bu dəyişiklikləri dəstəkləyəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ Venesuelaya çatdırılması nəzərdə tutulan humanitar yardımla dolu bir neçə hərbi təyyarəni Kolumbiyaya göndərib. Venesuela hakimiyyətinin iddiasına görə, humanitar yardım adı altında təxribat planlaşdırılır.
Venesuela müxalifətinin Vaşinqtondakı nümayəndəsi isə “RİA Novosti”yə bildirib ki, müxalifətə hər hansı silah ötürülməsindən söhbət gedə bilməz.