• DÜNYA

    10:03 11 aprel 2019

Maykl Pens Venesuela daimi nümayəndəsini BMT TŞ-nin iclasından qovmaq istəyib

ABŞ-ın vitse-prezidenti Maykl Pens Venesuelanın daimi nümayəndəsi Samuel Monkadedən BMT TŞ-nin iclasını tərk etməyi tələb edib.

ONA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə ötən gün keçirilən iclasda baş verib. “Cənab səfir, siz burada olmamalısınız. Siz öz prezidentinizin yanına dönməli və ona vaxtının bitdiyini deməlisiniz”,- deyə o bildirib.

ABŞ vitse-prezidenti qeyd edib ki, zalda azad Venesuela hökumətinin nümayəndəsini görmək istəyir.

Rusiyanın BMT TŞ yanında daimi nümayəndəsi Vasili Nebenzya isə venesuelalı həmkarının müdafiəsinə qalxıb. “Bu danışıq tərzi ilə bağlı bir söz deməyəcəyəm. Lakin bildirməliyəm ki, Venesuelanın daimi nümayəndəsi qanuni hökumət tərəfindən təyin olunub və BMT tərəfindən təsdiqlənib”,- deyə o bildirib.

Qeyd edək ki, bu ilin yanvarında Venesuelada prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları başlayıb. Yanvarın 23-də parlamentin spikeri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR