• DÜNYA

    17:19 1 may 2019

Maykl Pompeo və Sergey Lavrov Venesueladakı vəziyyəti müzakirə edəcəklər

ABŞ dövlət katibi Maykl Pompeo ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olacaq.

ONA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton “Fox News” telekanalının efirində deyib.

O bildirib ki, xarici siyasət idarəsi rəhbərləri Venesueladakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Telefon danışığı bu gün baş tutacaq.

Con Bolton ABŞ və Rusiya prezidentləri arasında Venesueladakı vəziyyətə dair telefon danışığı haqda məlumatının olmadığını bildirib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR