İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin ABŞ-la məhkumların mübadiləsinə hazır olduğunu bildirib.
ONA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Gəlin, mübadilə aparaq. Mən bunu etməyə hazıram və buna səlahiyyətim çatır”, - deyə M.C.Zərif qeyd edib.