“İran Suriya böhranının siyasi həllinə inanır. Biz regional məsələlərin həllinə kömək etməyə ümid edirik”.
ONA İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ankaraya səfəri öncəsi deyib.
Ötən gün Suriyada səfərdə olan M.C.Zərif vurğulayıb ki, Suriya prezidenti Bəşər Əsədlə apardığı danışıqlar məhsuldar keçib. O bildirib ki, aprelin 25-26-da Nur-Sultanda keçiriləcək Suriya üzrə görüş və ikitərəfli əməkdaşlığa dair danışıqlar da uğurlu keçib.
Zərif deyib ki, suriyalı rəsmilərlə görüşlər zamanı Fərat çayının şərq hissəsində və İdlibdəki vəziyyət müzakirə edilib.
Nazir vurğulayıb ki, Türkiyəyə səfər zamanı rəsmilərlə ikitərəfli əməkdaşlığa, Suriya və Şimali Afrika daxil olmaqla regional məsələlərə dair müzakirələr aparılacaq.